BAKI, 6 iyun. TELEQRAF

Bakının Yasamal rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Yasamal rayonunda ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 250 m²) olan üçmərtəbəli binanın zirzəmisində quraşdırılan 1 ədəd elektrik tənzimləyicisi, pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsi və 5 paq.m elektrik kabeli yanıb.

Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.