BAKI, 30 may. TELEQRAF
Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə baş vermiş yanğın söndürülüb.
Teleqraf xəbər verir ki, bu haqda FHN-in mətbuat xidməti məlumat yayıb.
Yanğın nəticəsində 12 hektar sahədə quru ot və kol-kos yanıb.
Ərazidəki ağaclar və ictimai iaşə obyektləri yanğından mühafizə olunub.
***
22:19
Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.