BAKI, 26 may. TELEQRAF
Bakının Yasamal rayonunda 19 yaşlı qız faciəli şəkildə xəsarət alıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Beyləqan rayon sakini, 2006-cı il təvəllüdlü Nərminə Ceyhun qızı Əmirli yaşadığı binanın 10-cu mərtəbəsində dəhlizin pəncərəsindən yerə düşüb.
Xəstəxanaya yerləşdirilmiş N.Əmirlinin vəziyyəti orta-ağırdır.