MİNGƏÇEVİR, 18 may. TELEQRAF

Mingəçevirdə tut yığmaq üçün ağaca çıxan 58 yaşlı kişi yıxılaraq ölüb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Şəfa bağları" adlanan ərazisində olan fərdi yaşayış məskənində baş verib.

1967-ci il təvəllüdlü şəhər sakini Adıgözəlov Firdovsi İdris oğlu tut yığmaq üçün dırmaşdığı ağacdan müvazinətini itirərək yerə çırpılıb. Aldığı zərbələr onun üçün ölümcül olub.

Faktla bağlı araşdırma aparılır.