XOCALI, 1 may. TELEQRAF
Əsgərən-Xocalı yolu üzərində 25-ci kütləvi insan məzarlığı aşkarlanıb.
Teleqraf-ın həmin ərazidə olan müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, bu məzarlıqda aşkarlanan insan qalıqlarının 7 itkin düşən şəxsə aid olduğu ehtimal edilir:
"Əsgəran-Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar".
Eldar Səmədov qeyd edib ki, aprel ayında aparılan qazıntılar zamanı 2 kütləvi məzarlıq aşkarlanıb:
"Bunlardan biri Şuşa şəhərinin yaxınlığında - Şuşa və Xankəndi yolu ilə Şuşa-Laçın yolunun birləşməsində aşkarlanıb. Ən azı 5 itkin şəxs olduğu ehtmal edilən meyit qalıqları tapılıb. Ərazidə tikinti işləri aparıldığı üçün qalıqlar götürülüb".


.jpg)
.jpg)


.jpg)
.jpg)

.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)