BAKI, 8 aprel. TELEQRAF

Ağdam rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Ağdam rayonunun Quzanlı qəsəbəsində “VAZ” markalı minik avtomobilinin salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb