BAKI, 15 Fevral. TELEQRAF

Salyan, Göyçay və Saatlı rayonlarında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, Salyan rayonunun Şorsulu kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 6 otaqlı evin birinci mərtəbəsində mətbəxin taxtadan ibarət tavanı 7 m² sahədə və bir ədəd soyuducu qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Göyçay rayonunun Cəyirli kəndində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin içərisində yığılan taxtalar 5 m² sahədə və tikilinin taxta atmaları 10 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha bir yanğın Saatlı rayonunda olub.

Rayonunun Mustafabəyli kəndində ümumi sahəsi 30 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.