Azərbaycanda polis narkotiklərlə bağlı əməliyyat keçirib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 7-də ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə, həmçinin 144 ədəd metadon həbi aşkar olunub.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.