Paytaxtın Nizami rayonunda qrup halında narkotik vasitə qəbul edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1985-ci il təvəllüdlü Siyavuş Bayramovdan 2.648 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə cinayət işi açılıb.

Digər şəxslər - 1981-ci il təvəllüdlü Rəsul Quliyev, 1983-cü il təvəllüdlü Elxan Məmmədov, 1976-ci il təvəllüdlü Rövşən Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Paytaxtın Nəsimi rayonunda narkotik vasitə qəbul edən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Nəsimi RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə əvvələr məhkum olunan 1975-ci il təvəllüdlü Nəsir Nəsirov məsuliyyətə cəlb edilib.
