Bakıda daha bir qəza olub, yollarda sıxlıq yaranıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Abdulvahab Salamzadə küçəsində Tbilisi prospekti ilə kəsişmədə baş verən yol-nəqliyyat hadisəsi Qələbə dairəsi istiqamətində uzun sıxlığa səbəb olub.

Qeyd edək ki, bir neçə saat əvvəl Abdulvahab Salamzadə küçəsində Qələbə dairəsi istiqamətində yol nəqliyyat hadisəsi qeydə alınmışdı.