Bərdə rayonunda oğurluq və dələduzluq edən şəxs həbs olunub.
Teleqraf.com xəbər verir ki, Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri B.Qarayevə və S.Abbasovaya məxsus bankomat kartlarından 182 manat pul oğurlamaqda, 7 nəfərə qarşı isə dələduzluq etməkdə şübhəli bilinən Ağcabədi rayon sakini N.Mehdiyev saxlanılıb.