Tovuz rayonunda zəhərlənmə hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Günel Cəfərova yaşadığı evdə dəm qazından zəhərlənib. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

G.Cəfərovaya həkimlər tərəfindən tibbi yardım göstərilib. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.