Bərdə rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, dekabrın 19-da saat 3 radələrində Bərdə rayonunun Bala Göyüşlü kənd sakini R.Vəliyevin evinin həyətindən “Mitsubishi” markalı avtomobilinin qaçırılması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsinin R.Vəliyevin oğlu tərəfindən qaçırıldığı müəyyən edilib və o, avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.