BAKI, 2 iyul. TELEQRAF

Rusiyalı aparıcılar öz verilişlərində iki ölkə arasındakı münasibətləri qızışdırır, Ermənistanın daxili işlərinə qarışırlar.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyanat verib.

Onun sözlərinə görə, erməni tamaşaçıları buradan “səhv” nəticə çıxarırlar.

A.Simonyan isə əmindir ki, Samvel Karapetyanın həbsi İrəvanla Moskva arasında münasibətləri korlaya bilməz.

Eyni zamanda spiker Rusiya dövlət kanallarının “erməni vətəndaşlarının mənzillərinə müdaxiləsini” məhdudlaşdırmağı təklif edir.

Qeyd edək ki, Ermənistanda Rusiya telekanallarını ictimai multipleksdən ayırılması prosesin yanvarda başlayacağı güman edilir.