BAKI, 26 iyun. TELEQRAF

"Milli Demokratik Birlik ölkəni qorxulu vəziyyətdən çıxarmaq üçün səmimi şəkildə mübarizə aparan və hakimiyyət tərəfindən təqib olunan bütün vətəndaşlara dəstəyini ifadə edir".

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın birinci baş naziri Vazgen Manukyanın rəhbərlik etdiyi Milli Demokratik Birlik Partiyasının bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, ölkədə son dərəcə təhlükəli vəziyyət yaransa da, dünyada baş verənləri nəzərə alaraq problemləri həll etmək imkanı var.

“Bu, xalqımızın bir əqidə ətrafında birləşərək milli və dövlət maraqlarını müdafiə edərək, ölkəni mövcud vəziyyətdən çıxarmağa qadir olan milli hökumət formalaşdırdığı halda mümkün olacaq”, - partiyanın bəyanatında qeyd olunur.