BAKI, 26 iyun. TELEQRAF
“Müqəddəs Mübarizə” hərəkatının liderləri və iştirakçıları tərəfindən terror aktlarının hazırlanması və hakimiyyəti ələkeçirmə faktı ilə bağlı cinayət işinin ibtidai istintaqı çərçivəsində davam etdirilən axtarışlar nəticəsində təqsirləndirilən şəxslərin əməllərini təsdiq edən sübutlar yenidən aşkar edilib.
Teleqraf erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi bildirib. Məlumata görə, sübutlar arasında küçədə elektrik və internet rabitəsini təmin edən naqilləri zədələmək üçün nəzərdə tutulan çoxlu sayda yanar əşyalar var.
"Həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə verilmiş bütün vəsatətlər təmin edilib. 15 təqsirləndirilən şəxs saxlanılıb", - ER İstintaq Komitəsinin bəyanatında deyilir.
Bundan əvvəl ER İstintaq Komitəsi bəyanat yayıb ki, Vazgen Qalstanyanın (arxiyepiskop Baqrat Qalstanyan) rəhbərlik etdiyi “Müqəddəs mübarizə” hərəkatı çərçivəsində Ermənistanda hakimiyyəti qəsb etmək məqsədilə terror aktları və sui-qəsd cəhdləri hazırlanır. Bəyanatda bildirilir ki, hərəkat daxilində əsasən keçmiş hərbi qulluqçular və polis əməkdaşlarından ibarət 250-yə qrup yaradılıb ki, onların da məqsədi eyni vaxtda dağıdıcı hərəkətlərlə ölkənin idarəetmə və nəqliyyat sistemini iflic vəziyyətə salmaq olub. Cinayətkar qrupun planlarına nəqliyyat dəhlizlərinin bağlanması, elektrik enerjisinin və internetin kəsilməsi, partlayışlar və mərmilər vasitəsilə qorxu mühitinin yaradılması, dövlət sistemlərinə qarşı kiberhücumlar, polisin işini pozmaq və dövlət hakimiyyətinin qeyri-mütəşəkkilliyi daxildir.
Cinayət Axtarış İdarəsinin məlumatına görə, qrup üzvləri artıq minlərlə yandırıcı vasitə, hərəkətlərini əlaqələndirmək üçün kartlar alıblar. Mərkəzi təşkilatçı qismində Baqrat Qalstanyan olub.
Baqrat Qalstanyan 2 ay müddətinə həbs edilib. O, Ermənistan Respublikası Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham olunub: terrorizm, kütləvi iğtişaşlar və hakimiyyəti ələ keçirməyə hazırlıq. O, ittihamları rədd edir və onları siyasi təqib hesab edir.
