BAKI, 26 iyun. TELEQRAF
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi dalana dirənməyib, Bakı ilə müzakirələr davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan brifinqdə bildirib.
O qeyd edib ki, Ermənistan Azərbaycanla əlaqələrin normallaşdırılması istiqamətində danışıqları davam etdirmək niyyətindədir.
Onun sözlərinə görə, prosesin davam etdirilməsi üçün hələ də imkanlar mövcuddur və tərəflər bu istiqamətdə qarşılıqlı əlaqəni qoruyub saxlayırlar.