BAKI, 26 iyun. TELEQRAF
"Armen Aleksanyan həbs edilib. Amma məsələ həbsin özündə deyil, onun başqa bir erməninin əvəzinə həbs olunmasındadır".
Teleqraf xəbər verir ki, bu barədə erməni mətbuatına blogerin vəkili Aleksandr Koçubayev məlumat verib.
“Müstəntiqlər qəsdən və ya bilməyərəkdən telefon danışıqlarını səhv təhlil edərək, başqa şəxsin əməllərini mənim müvəkkilimlə əlaqələndiriblər”, - o əlavə edib.
Qeyd edək ki, “çevriliş planı” cinayət işi çərçivəsində bir gün əvvəl 90-a yaxın axtarış aparılıb. “Müqəddəs mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan da daxil olmaqla 16 nəfər həbs edilib.