BAKI, 20 iyun. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan İstanbula gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Ermənistanın baş nazirini İstanbul beynəlxalq hava limanında Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb.

Bildirilib ki, gecə saatlarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.

***

12:11

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfərə yollanıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Ermənistan Baş naziri bu gün İstanbul şəhərində Türkiyə Prezidenti və xarici işlər naziri Hakan Fidanla görüşəcək.

Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinə xarici işlər naziri Ararat Mirzoyan, xarici işlər nazirinin müavini Vaan Kostanyan və Ermənistanın Türkiyə ilə nizamlanma prosesi üzrə xüsusi nümayəndəsi, parlament sədrinin müavini Ruben Rubinyan daxildir.