BAKI, 18 iyun. TELEQRAF

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan vəzifəsindən azad olunub.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan sərəncam imzalayıb.

Nikol Paşinyan digər sərəncamı ilə Armen Abazyanın müavini Andranik Simonyanı Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin səlahiyyətlərini icra edən şəxs təyin edib.

Qərarın mətni hökumətin saytında dərc edilib.