BAKI, 9 iyun. TELEQRAF
Azərbaycanla Ermənistan arasında sülh müqavilənin nə vaxt imzalanacağını, imzalanıb-imzalanmayacağını bilmirəm, amma bir şeyi də qeyd etmək istərdim. Bəli, Ermənistanın təhlükəsizlik məsələsi çox ciddi mövzudur və bunun əhəmiyyətini azaltmaq istəmirəm”.
Teleqraf xəbər verir ki, bu fikirləri erməni mətbuatına İsveç parlamentinin erməni üzvü Arin Karapet müsahibəsində deyib.
“İndi Ermənistan Hindistandan, Fransadan yeni silahlar almağa nail olub, orduda islahatlar ləng də olsa gedir. Amma ordunu yenidən təşkil etmək, islahat aparmaq çox çətin məsələdir. Ordu ən mürəkkəb qurumdur. Dünyada silah istehsalına görə 6-7-ci yerdə olan İsveçə silahlı qüvvələrində islahat aparmaq üçün 5-10 il vaxt lazımdır. İsveç demək olar ki, bütün növ silahlar istehsal edir: təyyarələr, silahlar, tanklar, sadəcə olaraq hava hücumundan müdafiə sistemləri istehsal etmir və onu ABŞ-dən alır. Əgər İsveç ordusunda islahatlar aparmaq üçün 5-10 il vaxt lazımdırsa, təsəvvür edin ki, Ermənistana nə qədər vaxt lazımdır. Bu baxımdan Ermənistan indi düzgün addım atır. Şərtlərin nə olduğunu bilmirəm, amma həqiqətən sülhə ehtiyac olduğunu düşünürəm”, - Arin Karapet vurğulayıb.