BAKI, 5 iyun. TELEQRAF

"İrəvan Bakı ilə sülh müqaviləsinin mətnindəki son iki bəndlə razılaşaraq, danışıqlar prosesinin davam etməsini təmin etmək istəyib".

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Qeyd edək ki, razılaşdırılmış son iki maddə ümumi sərhəddə üçüncü ölkələrin hərbi qüvvələrinin yerləşdirilməməsi və beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardan imtina ilə bağlıdır. Əvvəl Ermənistan tərəfi Azərbaycanın bu şərtlərinə qarşı çıxsa da, sonradan razılıq verib.