BAKI, 5 iyun. TELEQRAF

ABŞ gömrük və sərhəd nəzarəti sahəsində mütəxəssisləri hələ Ermənistana gəlməyib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Mirzoyan vurğulayıb ki, amerikalı mütəxəssislərin səfəri Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında bu ilin əvvəlində imzalanmış xartiyanın tərkib hissəsidir və məqsədi Ermənistan tərəfinin sərhəd nəzarəti imkanlarını genişləndirməkdir.

Nazir əlavə edib ki, ABŞ sərhədçilərinin Ermənistan sərhədlərində fiziki olaraq mövcudluğundan söhbət getmir.

Qeyd edək ki, 2025-ci ilin yanvarında Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb.