BAKI, 31 may. TELEQRAF

Qondarma "Dağlıq Qarabağ Respublikasının"nin keçmiş "prezident"i Samvel Şahramanyan yenidən Ermənistanın İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinə dindirilməyə çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə “RadarArmenia” məlumat yayıb.

Dindirilmə gələn həftə baş tutacaq. Şahramanyan müharibə və ondan sonrakı dövr ərzində dövlət orqanları tərəfindən ehtimal olunan səhlənkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və müxtəlif hərbi cinayətlərə görə aparılan cinayət işi çərçivəsində aparılır.

Qeyd edək ki, Samvel Şahramanyan son bir ay ərzində artıq 5-6 dəfə şahid qismində istintaqa çağırılıb. Onun vəkili Roman Yeritsyan istintaqın detallarını açıqlamaqdan imtina etsə də, hüquq-mühafizə orqanlarına yaxın mənbələr istintaqın daha da dərinləşdiyini təsdiqləyiblər. İstintaq prosesinə yaxın olan bəzi mənbələr Şahramanyanın həbs variantının da nəzərdən keçirildiyini istisna etmir.