BAKI, 16 sentyabr. TELEQRAF
Rusiya və Türkiyə "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) ilk reaktorunu ilin sonunadək işə salacaq. Dəqiq tarix isə hələ məlum deyil.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfiri Sergey Vеrşinin bildirib.
"Hazırda konkret tarix barədə danışmaq tezdir. Bildiyimiz yalnız budur ki, tərəflər ilk reaktorun ilin sonunadək işə salınması ilə bağlı razılığa gəlib və bununla bağlı öhdəlik götürüblər", - diplomat qeyd edib.