BAKI, 24 noyabr. TELEQRAF

"Ümid” yatağının kəşfindən 1 noyabr tarixinədək təqribən 12,7 milyard kubmetr qaz və 1,9 milyon ton kondensat hasil edilib.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yataqdan sutkada orta hesabla 7 milyon kubmetrə yaxın qaz və 0,8 min ton kondensat hasil edilir.

Qeyd edək ki, "Ümid” yatağının kəşfindən 15 il ötür. "Ümid" Azərbaycanın müstəqillik dövründə kəşf edilən ilk qaz-kondensat yatağıdır.