BAKI, 17 noyabr. TELEQRAF

ABŞ mayeləşdirilmiş təbii qazının (LNG) Avropa ölkələrinə tədarükü həm ekologiyaya, həm də Avropa İttifaqının büdcəsinə mənfi təsir göstərə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşrinə danışan Oslo Sülh Araşdırmaları İnstitutunun Kipr Mərkəzinin direktoru Harri Çimitras bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ təbii qazı olduqca bahalıdır. Çimitras həmçinin qeyd edib ki, amerikalıların təbii qaz ixracı əlavə geosiyasi ziddiyyətlər yarada bilər.

Bu kontekstdə Yunanıstanın ABŞ LNG-sinin Mərkəzi və Şərqi Avropaya nəqlində əsas qovşağa çevrildiyi vurğulanır.