BAKI, 14 noyabr. TELEQRAF
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 23 milyon 43 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal edilib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% azalıb.
Noyabrın 1-ə olan hazır məhsul ehtiyatı isə 230,7 min ton təşkil edib.