BAKI, 29 oktyabr. TELEQRAF

“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı layihəsinin yekun variantı təqdim edilib.

Energetika Nazirliyindən Teleqraf-a verilən məlumata görə, təqdimat layihənin hazırlanması məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” üzrə Alt İşçi qrupun 4-cü iclasında reallaşıb.

Energetika nazirinin müavini Samir Vəliyev "Yaşıl eneri" məkanı məqsədi üzrə 5 əsas hədəf indikatoru, 7 fəaliyyət istiqaməti, 45 tədbir və 17 icraçı qurum müəyyən olunub.