BAKI, 27 oktyabr. TELEQRAF

2025-ci ilin avqunda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında ikinci olub.

Teleqraf Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatına istinadən xəbər verir ki, bu ilin avqustunda Azərbaycandan Türkiyəyə 1 milyard 47,27 milyon kub metr təbii qaz ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə təbii qaz ixracında 41,10% artım olub.

Tədarükdə 19,30% azalmaya baxmayaraq, Rusiya Türkiyənin ən böyük tərəfdaşı olub. Bu ölkədən 1 milyard 835,24 milyon kub metr təbii qaz alınıb.

Qonşu ölkənin digər tədarükçüsü olan İrandan 840,01 milyon kub metr təbii qaz alınıb. İdxalda 70,97% artım olub.

Beləliklə, Türkiyənin qaz idxalında Rusiya 45,64, Azərbaycan 26,04, İran 20,89 Əlcəzair isə 7,43 faiz paya sahib olub.

Qeyd edək ki, "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazı TANAP ilə Türkiyəyə, oradan isə Avropaya ötürülür.