BAKI, 28 avqust. TELEQRAF
2025-ci ilin iyununda Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi “SOCAR Enerji Ticaret Anonim Şirketi”nin idxal əməliyyatı 44,66 milyon kub metr qaz təşkil edib.
Teleqraf Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatına istinadən xəbər verir ki, şirkət ümumi idxalda 1,41%-lik yer tutub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə “SOCAR Enerji Ticaret”in qaz idxalı 25,18% artıb.
Türkiyənin Neft Boru Kəməri Nəqliyyatı Anonim Şirkəti (BOTAŞ) cari ilin mayında 3 milyard 123,73 milyon kub metr qaz idxal edib, ümumi idxalda payı isə 98,59% təşkil edib.