BAKI, 17 iyul. TELEQRAF

Salyanda şəhər mərkəzinin təbii qaz təchizatı dayandırılıb.

"Azəriqaz" İstehsalat Birliyindən Teleqraf-a verilən məlumata görə, "Salyan daxili" Qaz Təchizatı Mərkəzindən qidalanan şəhər mərkəzini təbii qazla təmin edən Dş 160 mm-lik PE yeraltı orta təzyiqli qaz kəmərini kanalizasiya xətti çəkən podratçı şirkətə məxsus texnika tərəfindən qazıntı işləri aparan zaman zədələnməsi nəticəsində bu gün 10:15-dən etibarən təmir işləri başa çatanadək Salyan şəhər mərkəzinin (ümumi 6000 abonent) qaz təchizatı daxildən dayandırılıb.

Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.