BAKI, 25 dekabr. TELEQRAF

"Növbəti ildən ilkin peşə təhsili üzrə tələbələrə kredit veriləcək".

Teleqraf xəbər verir ki, bu sözləri Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Bəhruz Əzimov fondun 4 illik fəaliyyətinə dair hesabatında deyib.

Sədr qeyd edib ki, artıq bununla bağlı qanunvericilik layihəsi hazırdır:

"Layihə təsdiq üçün aidiyyatı üzrə təqdim edilib".

B.Əzimov həmçinin bildirib ki, tələbə kreditlərinin 35 faizi həssas təbəqədən olan şəxsləri əhatə edib.

“TTK-nin sosial və standart növləri var. Sosial təhsil tələbə kreditindən sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə bilir Sosial TTK almaq üçün müvafiq statuslara malik olmayan amma bəzi şərtləri ödəyən tələbələr standart TTK-dən yararlana bilərlər".