ABŞ-ın Luiziana ştatının Nyu Orlean şəhərində silahlı insident baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı şəhər polisi açıqlama verib. Polisdən verilən məlumatda bildirilib ki, insident silahlı qrupun parkda klip çəkilişində iştirak edən 500 nəfərə atəş açması nəticəsində baş verib.
İlkin məlumatlara görə, hadisə zamanı ən azı 16 nəfər yaralanıb. Hadisənin dəqiq səbəbləri məlum deyil.
Samir