Polşa dövləti Krım tatarlarının lideri Mustafa Cəmilova demokratiya və insan haqları sahəsində fəaliyyətinə görə Lex Valensa Həmrəylik Mükafatı verib. Mükafatın dəyəri 1 milyon avrodur.
“Azadlıq” radiosu xəbər verir ki, mükafat iyunun 3-ü Varşavada keçirilən təntənəli mərasimdə təqdim olunub.
Mustafa Cəmilov 1943-cü ildə anadan olub. 1944-cü ildə ailəsi Krımdan Özbəkistana sürgün olunub. SSRİ zamanında dissident fəaliyyətinə görə 15 ildən çox həbsdə yatıb.
Ukrayna parlamentinin deputatı olan Mustafa Cəmilov Krımın işğalına kəskin etiraz etdiyinə görə Rusiya onun ölkəyə girişini yasaqlayıb.