Gürcüstanıın Çiatura şəhərinin qərbində yerləşən şaxtalardan birində partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisənin dəqiq səbəbləri və partlayış zamanı şaxtada neçə nəfərin olması məlum deyil.

Rəsmi məlumatlara görə, hələlik şaxtadan yaralı halda iki fəhlə çıxarılıb. Onlar dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hadisə ilə əlaqədar araşdırmalar davam edir.

Samir