BAKI, 20 avqust. TELEQRAF
Kolumbiyada 7,4 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 314-ə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə “Blu Radio” ölkənin Fəlakət Risklərinin İdarə Edilməsi üzrə Milli Bölməsinə (UNGRD) istinadən məlumat yayıb.
Son məlumatlara görə, təbii fəlakət nəticəsində 4 437 nəfər xəsarət alıb, 262 nəfər isə itkin düşmüş hesab olunur.
Ümumilikdə zəlzələnin fəsadlarından 262 mindən çox insanın zərər çəkdiyi bildirilir.
Qeyd edək ki, avqustun 10-da Kolumbiyada 7,4 maqnitudalı güclü zəlzələ qeydə alınıb.