BAKI, 20 avqust. TELEQRAF
Keniyanın Samburu dairəsində turistləri daşıyan helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Yerli polisin ilkin məlumatına görə, qəzaya uğrayan helikopter Loisaba qoruğuna doğru hərəkət edirmiş.
ABŞ Dövlət Departamenti ölənlərdən 5-nin Amerika vətəndaşı olduğunu təsdiqləyib.
Helikopterin hansı səbəbdən qəzaya uğradığı hələlik müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.