Türkiyə Yunanıstanın bərpa olunan enerji qaydalarını etibarsız hesab edir və Afinanı Egey dənizində beynəlxalq dəniz hüququnu pozan birtərəfli hərəkətlərdən çəkinməyə çağırır.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Oncu Keçeli 19 avqustda Yunanıstanda bərpa olunan enerji mənbələrinə sərt məhdudiyyətlərin tətbiq olunmasını şərh edərkən bildirib.

Diplomat X-də yazıb: "Yeni tənzimləmənin Türkiyə üçün heç bir hüquqi nəticəsi olmayacaq. Daha əvvəl dəfələrlə vurğuladığımız kimi, bu və oxşar təşəbbüslər Türkiyənin Egey dənizi məsələləri ilə bağlı hüquqi mövqeyinə təsir göstərməyəcək".

Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Egey və Aralıq kimi qapalı və ya yarımqapalı dənizlərdə birtərəfli hərəkətlərdən çəkinmək lazımdır: "Beynəlxalq dəniz hüququ sahilyanı dövlətlər arasında əməkdaşlığı təşviq etdiyini bir daha təkrarlayırıq. Egey dənizinin iki sahilyanı dövlətindən biri kimi Türkiyənin Yunanıstanla əməkdaşlığa həmişə hazır olduğunu bir daha təkrarlayırıq".

İki qonşu və NATO tərəfdaşı olan Türkiyə və Yunanıstan arasında Egey dənizində ərazi suları və hava məkanı da daxil olmaqla bir sıra mübahisələr mövcuddur. Ankara dəfələrlə Yunanıstanın birtərəfli təşəbbüslərinin Ankara üçün qəbuledilməz olduğunu və beynəlxalq hüquqa zidd olduğunu bildirib.