BAKI, 2 iyul. TELEQRAF
ABŞ-nin NATO xərcləri ədalətsizdir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Prezident 2014-2025-ci illəri əhatə edən statistikaya əsaslanaraq deyib:
"ABŞ digər ölkələri qorumaq üçün NATO-ya daha çox pul xərcləyir və bunun qarşılığında heç bir fayda əldə etmir: ABŞ 999 milyard dollar, Böyük Britaniya 90,5 milyard dollar, Fransa 66,5 milyard dollar, İtaliya 48,8 milyard dollar, Polşa 44,3 milyard dollar. Almaniya da daxil olmaqla digərləri çox daha aşağıdır. Axmaqlıqdır".