BAKI, 9 iyun. TELEQRAF
Avropa Komissiyası (AK) Rusiyaya qarşı yönəlmiş 21-ci sanksiyalar paketi çərçivəsində Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən bütün Rusiya hərbçilərinin Avropa İttifaqına (Aİ) girişinin qadağan olunmasını təklif edir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.
Yeni sanksiyalar layihəsini təqdim edən AK rəhbəri deyib ki, qadağa müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrində xidmət etmiş hər kəsə şamil olunacaq:
"Biz ilk dəfədir müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrində xidmət edən bütün şəxslərin Aİ-yə girişinin qadağan edilməsini təklif edirik. Ukraynaya qarşı hücumda iştirak edən hər kəs üçün Avropa qapalı olacaq".
Qeyd edək ki, sözügedən yeni sanksiyalar paketi iyunun 15-də Aİ ölkələrinin xarici işlər nazirləri tərəfindən müzakirə olunacaq.