BAKI, 24 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi telefon danışığını çox yaxşı kimi qiymətləndirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“İsrailin Baş naziri Bibi Netanyahu ilə ayrıca danışığım oldu və o da çox yaxşı keçdi”, - deyə ABŞ lideri yazıb.
Tramp eyni paylaşımda İranla mümkün sazişin böyük ölçüdə razılaşdırıldığını da bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti İranla razılaşma çərçivəsində Hörmüz boğazının açıq qalacağını bəyan etmişdi.