BAKI, 24 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla gələcək sazişin layihəsinin əsas hissəsinin artıq razılaşdırıldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Amerika liderinin sözlərinə görə, sənədin yekun təsdiqi ilə bağlı proses davam edir.

“Saziş əsasən razılaşdırılıb və ABŞ, İran İslam Respublikası və siyahıda qeyd olunan digər müxtəlif ölkələr arasında yekun təsdiq mərhələsinə təqdim olunub”, - deyə Tramp bildirib.

Daha əvvəl CBS telekanalı Trampın İranla mümkün razılaşma layihəsinin hazır olduğunu bəyan etdiyini yazmışdı. ABŞ Prezidenti həmçinin bildirmişdi ki, razılaşma çərçivəsində Hörmüz boğazı açıq qalacaq.