BAKI, 17 may. TELEQRAF

ABŞ-nin Aydaho ştatında keçirilən “Gunfighter Skies” aviaşousu zamanı iki hərbi qırıcı təyyarə havada toqquşaraq qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Times Now” məlumat yayıb.

Hadisənin “Mauntin-Houm” Hərbi Hava Qüvvələri bazasında baş verdiyi bildirilib.

Yayılan görüntülərdə iki təyyarənin havada toqquşduğu, daha sonra isə yerə düşərək partladığı görünür.

Şahidlərin sözlərinə görə, ekipajın dörd üzvü katapult vasitəsilə təyyarələri tərk etməyə nail olub.

Hazırda xəsarət alanlarla bağlı rəsmi məlumat açıqlanmayıb.