BAKI, 3 may. TELEQRAF

Almaniyanın Hamburq şəhərində hava limanının fəaliyyəti kiçik təyyarənin qəza enişi səbəbindən müvəqqəti dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Bild” qəzeti polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Fransanın Kann şəhərindən gələn “Socata TBM-700C” tipli təyyarənin enişi zamanı baş verib. Təyyarənin burun təkəri qırılıb və təhlükəsizlik məqsədilə hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.

Bildirilib ki, təyyarənin göyərtəsində iki nəfər olub və hadisə nəticəsində xəsarət alan olmayıb.

Qəzanın dəqiq səbəbi hələlik müəyyənləşdirilməyib.