Livan ordusunun Baş Qərargah rəisi general Rodolf Haykal və Atəşkəs Sazişinin İcrasına Nəzarət Komitəsinin sədri, amerikalı general-leytenant Cozef Klirsfild Beyrutda görüş keçiriblər.

Teleqraf xəbər verir ki, bu barəfə "Əl-Ərəbiyyə" Livan ordusunun bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda deyilir: "Fövqəladə iclas Klirsfildin qısa səfərinin nəticəsi olaraq çağırılıb və Livandakı təhlükəsizlik vəziyyəti, regional inkişaf müzakirə olunub".

Bəyanatda qeyd olunur ki, danışıqlar zamanı hər iki tərəf Livan ordusunun rolunun vacibliyini və hazırkı mərhələdə onun dəstəyinə ehtiyac olduğunu vurğulayıb.