BAKI, 3 may. TELEQRAF

Livanın cənub bölgələrinə İsrail Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində son sutkada azı 20 nəfər həlak olub, 46 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisələr aprelin 17-də elan edilmiş atəşkəs rejiminə baxmayaraq baş verir. Nazirliyin məlumatına görə, martın 2-dən bu yana davam edən hərbi eskalasiya nəticəsində ölənlərin ümumi sayı 2 679 nəfərə, yaralıların sayı isə 8 229 nəfərə çatıb.

Qeyd olunub ki, İsrailin əsasən “Hizbullah” təşkilatının dayaq nöqtələri hesab edilən yaşayış məntəqələrinə zərbələri davam etdirməsi səbəbindən itkilərin artacağı istisna edilmir.