BAKI, 3 may. TELEQRAF

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə almaniyalı həmkarı Yohan Vadeful arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər regional və beynəlxalq hadisələri müzakirə ediblər.

Telefon danışığı zamanı İranın xarici siyasət idarəsinin rəhbəri ölkəsinin son mövqeyini, baxışlarını və diplomatik təşəbbüslərini diqqətə çatdırıb.

S.A. Əraqçi həmkarını ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibəyə son qoymaq üçün Tehranın həyata keçirdiyi aktiv səylər barədə məlumatlandırıb.