BAKI, 22 mart. TELEQRAF
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) bəzi üzv ölkələri Hörmüz boğazında gəmiçiliyin fəaliyyətinin təmin edilməsi üçün tədbirlər planı hazırlayır.
Teleqraf xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.
“Cümə axşamı etibarilə 22 ölkədən ibarət qrup - bəzi NATO ölkələri, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya, BƏƏ və Bəhreyn - Hörmüz boğazında gəmiçilik fəaliyyətinin bərpası üçün qüvvələrini birləşdirir. Buna görə də biz indi tədbirlər planı hazırlamışıq", - deyə Rutte "Fox News"a müsahibəsində bildirib.
Rutte həmçinin ABŞ Prezidenti Donald Trampın NATO-nu tənqid etməsinə baxmayaraq, onunla əlaqə saxladığını bildirib: "Bu həftə bir neçə dəfə danışmışıq".
Martın 2-də Rutte Şimali Atlantika Alyansının İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatında iştirak etmək üçün heç bir planının olmadığını bildirmişdi. Cümə günü ABŞ Prezidenti Tramp NATO ölkələrinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etməkdə Vaşinqtona kömək etmək üçün cəsarətlərinin çatmadığını bəyan edib.