BAKI, 13 mart. TELEQRAF

Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları martın 19-da keçiriləcək Avropa Şurasının iclasında İran və Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

Teleqraf xəbər verir ki, Avropa Şurasının prezidenti Antoniu Koşta Aİ liderlərini iclasa dəvət edib.

“Əziz həmkarlar, sizi martın 19-da keçiriləcək Avropa Şurasının iclasına dəvət edirəm. Biz İran və Yaxın Şərq regionundakı vəziyyəti müzakirə edəcəyik”, - deyə Koşta tərəfindən yayılan bəyanatda qeyd olunub.

Onun sözlərinə görə, iclasın gündəliyinə Ukraynadakı vəziyyət, eləcə də Livan, Qəzza sektoru və İordan çayının qərb sahilində baş verən hadisələr də daxil ediləcək.

Məlumata görə, toplantıya BMT-nin baş katibi Antoniu Quterreş, Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard və Avroqrupun sədri Kiriakos Pierrakakis də dəvət olunub.